Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib
Bakıda təşkil olunmuş "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində müdafiə naziri general-polkovnik Zakir Həsənov serbiyalı həmkarının maddi resurslar üzrə köməkçisi Nenad Miloradoviç ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Serbiyanın "Yugoimport SDPR" dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib:
"Daha sonra baş tutan görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də digər məsələlər müzakirə olunub".
Rəylər