Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
1992-ci ildə itkin düşən şəhidin kimliyi dəqiqləşdi
1992-ci ildə itkin düşmüş daha bir şəhidimizin kimliyi müəyyən edilib. Söhbət 9 iyun 1971-ci ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olmuş Rüfət Məmmədhüseyn oğlu Cabbarovdan gedir.
Bu barədə Bizim.media-ya Rüfət Cabbarovun Bakıda yaşayan qardaşı Rasim Məmmədov məlumat verib.
O, Rüfətin Sovet Ordusunda tam xidmət keçdikdən sonra Azərbaycana qayıdıb və Qarabağ müharibəsinə könüllü yollandığını bildirib.
Şəhidin qardaşı qeyd edib ki, Rüfət 1992-ci il oktyabrın 4-də Ağdərə-Sırxavənd istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Mərhum Tərtər rayonu ərazisindəki məzarlıqda naməlum döyüşçü kimi dəfn edilib. Ailə üzvlərindən götürülən DNT analizinin rəyindən sonra Rüfətin şəxsiyyəti dəqiqləşib.
Şəhid Rüfət sabah 32 il əvvəl tərk etdiyi Dağ Quşçu kəndində dəfn ediləcək.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Şəhid bacısı ilə şəhid qardaşı nişanlandılar
- Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib
- Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib