Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Zığ" indi Vaşinqtondadır: Dünya Bankı ilk dəfə azərbaycanlı rəssamın əsərlərini aldı
Dünya Bankı ilk dəfə azərbaycanlı rəssamın əsərlərini alıb.
Oxu.Az-ın məlumatına görə, Vaşinqtonda (ABŞ) yerləşən beynəlxalq maliyyə təşkilatı Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanovun iki əsərini - "Zığ" (80X100) və "Reyn çayının sahilləri" (97X97) tablolarını alıb.
Əsərlər Vaşinqtona rulon şəklində göndərilib. Çərçivəyə çəkilmə və haşiyələmə işləri alıcılar tərəfindən həyata keçirilib.
Tablolar Dünya Bankının direktorunun kabinetinin girişində yerləşdirilib.
Firəngiz Ağalarova
Ən çox oxunanlar
Rəylər