Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Namiq Mənaya vəzifə verildi
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinə sədr seçkisi keçirilib.
Oxu.Az xeberle.com-a istinadla xəbər verir ki, yeni yaradılan Qubadlı bölməsinə AYB Katibliyinin qərarı ilə bədihə ustası Namiq Məna təsdiq olunub.
O, ədəbi ictimaiyyətə təqdim olunub. Təyinatı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi təsdiqləyib. Katib bölmə sədrinə yeni vəzifəsində uğurlar diləyib.
Qeyd edək ki, Namiq Həsən oğlu Əliyev (Məna) 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərinin Corat kəndində, fəhlə ailəsində anadan olub. 12 yaşından məktəbdə yazdığı şeirlərlə tanınan Namiq Məna 13-14 yaşından el şənliklərində iştirak etməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin kino aktyorluğu fakültəsini bitirib.
O, söylədiyi meyxanalarla Namiq Məna kimi tanınmağa başlayıb.
A.S.
www.oxu.az
Rəylər