Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Həyat yoldaşını itirən Cavan Zeynallı: “Necə yəni ağlama? Mən onu çox sevirdim”
Ötən ilin dekabrında həyat yoldaşını itirən Xalq artisti Cavan Zeynallı bir müddətdir ki, özünə qapanıb, telefonlara cavab vermir, heç kimlə əlaqə saxlamırdı. Uzun müddətdən sonra Oxu.Az-a açıqlama verən müğənni indi nisbətən yaxşı olduğunu deyib.
“Yoldaşımı Qusarda dəfn etdik, qırx mərasimi də orada oldu. Mənim üçün çox çətindir. Hamı deyir ki, Cavan, həyat gedir. Həkimlər də deyirlər ki, bu qədər üzülmək, ağlamaq olmaz. Necə yəni ağlama? Mən sevirdim onu, çox sevirdim.
Bilirsiniz, o vaxt Röya ilə səkkiz mahnı yazmışıq. Düzü, o mahnılar haqqında indi danışmaq istəmirəm. Srağagün evdə o mahnılardan birinə qulaq asırdım, başladım ağlamağa. Mənim ürəyim belədir. Neyləyim?” - Xalq artisti bildirib.
Qeyd edək ki, C.Zeynallı həyat yoldaşı Röya xanımın ölümünü bir müddət mediadan gizlətmişdi.
Aytac Qasımova
"Cavan Zeynallı" teqi üzrə xəbərlər
- Tanınmış cazmen, Xalq artisti Cavan Zeynallının doğum günüdür
- Cavan Zeynallı: "14 kiloqram arıqlamamışam, şişirdib yazıblar"
- Yoldaşı vəfat etmiş Cavan Zeynallı tanınmaz hala düşdü
- Elza Seyidcahan: “Flora geyimimi müzakirə edir, amma ilk dekolteni, kürəyiaçıq geyimi onda görmüşük” - VİDEO
- Efirdə qalmaqal: Flora Kərimova ilə Elza Seyidcahan barışdı? - YENİLƏNİB + VİDEO
Rəylər