Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın Xalq artisti Şahlar Quliyev dəfn edildi
Xalq artisti Şahlar Quliyev dəfn olunub.
Oxu.Az xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları və yaxınları, eləcə də incəsənət xadimləri iştirak ediblər.
Xalq artisti Şahlar Quliyevlə Təzəpir məscidində keçirilən vida mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.
Bu gün vəfat edən Xalq artisti Şahlar Quliyevlə Təzəpir məscidində vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və incəsənət xadimləri iştirak edirlər.
Mərahim Nəsib
Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Bu barədə "Report"a mərhumun ailə üzvləri məlumat verib.
Qeyd olunub ki, Şahlar Quliyevlə vida mərasimi saat 14:00-da Təzəpir məscidində keçiriləcək. Vida mərasimindən sonra cənazə dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.
Xalq artisti, opera ifaçısı, Prezident təqaüdçüsü Şahlar Quliyev vəfat edib.
Oxu.Az bildirir ki, bu barədə onun oğlu, aktyor Nofəl Şahlaroğlu "Instagram" hesabında məlumat verib.
"Allah sənə rəhmət etsin, ay ata. Bağışla, səni qoruya bilmədim. Görüşərik…" - aktyor yazıb.
Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi) bitirib. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti olub.
Aparıcı səhnə ustası - yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. "Leyli və Məcnun"da "Nofəl", "Şah İsmayıl"da "Aslan şah", "Aşıq Qərib"də "Şahvələd", "Sevil"də "Atakişi", "Arşin mal alan"da "Süleyman", "Gəlin qayası"nda "Xan", "Koroğlu"da "Həsən xan", "Aida"da "Amonasro", "Riqoletto"da "Monterone", "Toska"da "Skarpia", "Karmen"də "Eskamilio", "Payatsı"da "Tonio", "Bohema"da "Şonar", "Natəvan"da "Qasım bəy Zakir" kimi rollar onun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbəti qazanıb.
Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış edib. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edib.
2005-ci ildə "Azərbaycan Xalq artisti" fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi.
Xalq artisti bir neçə il əvvəl onkoloji xəstəlik səbəbindən əməliyyat olunmuşdu.
Aytac Qasımova
"Azərbaycan Respublikasının Xalq artisti" teqi üzrə xəbərlər
- Natiq Şirinovun oğlu təcili əməliyyat olundu
- Şəhid atası olan Xalq artisti: "Müharibə başlayanda könüllü olaraq döyüşlərə yollandı"
- Elza Seyidcahan: "İlhamə Quliyeva üçün ağlamağa dəyməz"
- Ağadadaş Ağayev məhkəmədə iştirak etmədi, həbsi tələb olundu
- Azər Zeynalov: "Şahlar Quliyevi 200 yaşında da itirsəydim, mənim üçün ağır olardı"
Rəylər