Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ İrana 88 il sonra Əhəmənilər dövrünə aid 2,5 min illik tarixi əsərləri qaytardı
İranın 1936-cı ildə araşdırılmaq üçün ABŞ-yə göndərdiyi, Əhəməni (Fars) İmperatorluğu dövrünə (e.ə. 550-330-cu illər) aid 1100 tarixi lövhə ölkəyə qaytarılıb. Artefaktlar İran Prezidenti Məsud Pezeşkianı daşıyan təyyarə ilə İrana aparılıb.
Oxu.Az-ın İran mediasına istinadla məlumatına görə, bu barədə ölkənin mədəni irs, turizm və əl sənətləri nazirinin müavini Əli Darabi xəbər verib.
Onun sözlərinə görə, bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji və turizm qazıntıları zamanı aşkar edilib və 1936-cı ildə tədqiqat məqsədilə xaricə çıxarılıb.
O da vurğulanıb ki, qaytarılan lövhələr mixi yazısı ilə "Elam" əlifbasında yazılıb və Əhəməni dövründə İranlıların həyatını təsvir edən mövzuları ehtiva edir.
Darabi bundan əvvəl də (1948, 1950, 2004 və 2023-cü illərdə) bu əsərlərin bir hissəsinin İrana qaytarıldığını vurğulayıb.
"İran" teqi üzrə xəbərlər
- Xameneinin daha bir "X" hesabının fəaliyyəti məhdudlaşdırıldı
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
- Baş nazir Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşüb
- İran uranın zənginləşdirilməsini dayandıracaq?
- Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Rəylər