Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yerin "mini-Ayı" əsl Ayın bir hissəsi adlandırıldı
Yer planeti son iki ay ərzində "mini-Ay" hesab edilən asteroidlə vidalaşır. Zərərsiz kosmik parça bazar ertəsi Günəşin daha güclü cazibəsini dəf edərək ayrılacaq. Lakin yanvarda o qısa müddətə yenidən planetimizə yaxınlaşacaq. O zaman NASA 33 fut (10 metr) ölçülü asteroidi müşahidə etmək üçün radar antenindən istifadə edəcək. Bu, "2024 PT5" kimi tanınan obyektin - ehtimal ki, asteroidlə toqquşma nəticəsində Aydan qopmuş qaya parçasının mahiyyətini anlamaqda alimlərə kömək edəcək.
Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, "2024 PT5" texniki cəhətdən Ay olmasa da (NASA vurğulayır ki, o heç vaxt Yerin cazibəsinə düşməyib və tam orbitdə olmayıb), öyrənilməyə layiq obyektdir.
Asteroidin "mini-Ay" davranışını müəyyən edən Madriddəki Komplutense Universitetinin astrofizikləri, Raul və Karlos de la Fuente Markos qardaşları Kanar adalarındakı teleskoplarla yüzlərlə müşahidə aparıblar.
Hazırda obyekt planetimizdən 3.5 milyon kilometrdən çox məsafədə yerləşir, lakin o, güclü teleskop olmadan görünə bilinməyəcək qədər kiçikdir. Yanvarda o təhlükəsiz məsafəni qoruyaraq, Yerdən 1.8 milyon kilometr məsafədən keçəcək, Günəş ətrafında hərəkət edərək Günəş sisteminə daxil olacaq və 2055-ci ilə qədər qayıtmayacaq. Bu, Aya olan məsafədən təxminən beş dəfə uzaqdır.
İlk dəfə avqustda müşahidə edilən asteroid sentyabrın sonunda Yer cazibəsinə düşdükdən sonra planetimizin ətrafında yarımdairə cızıb. Raul de la Fuente Markosun sözlərinə görə, gələn il qayıdanda onun sürəti iki dəfə artıq olacaq.
Yanvarda NASA "Deep Space Network" şəbəkəsinin bir hissəsi olan Kaliforniyanın Mohave səhrasındakı "Goldstoun" Günəş sistemi radar anteni ilə asteroidi bir həftədən çox müddətdə izləyəcək.
Mövcud məlumatlara görə, 2055-ci ildəki "səfəri" zamanı Günəş ətrafında fırlanan asteroid yenidən Yerin orbitində müvəqqəti və qismən dövr edəcək.