Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qeyri-adi "baqaj" hər kəsə həyəcan yaşatdı: Çili aeroportunda gülməli anlar
Santyaqo beynəlxalq hava limanında qeyri-adi hadisə baş verib. Belə ki, balaca uşaq baqaj lentinə çıxıb və çamadanların arasında gizlənib.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Bildirilib ki, adı açıqlanmayan uşaq, Çilinin başqa bir şəhərinə uçmağa hazırlaşan valideynləri ilə hava limanına gəlib. Böyüklər sənədləşmə ilə məşğul olarkən, balaca səyyah gizlicə baqaj bölməsinə girib.
"Təyyarələrin necə uçduğunu görmək istədim", - deyə kiçik qayda pozucusu sonradan etiraf edib.
Xoşbəxtlikdən, hava limanı işçiləri şübhəli "baqajı" vaxtında fərq edərək oğlanı sağ-salamat çıxarıblar.