Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Partnyoru ağlasa da, rəqsini bitirən qızcığaz sosial şəbəkədə ulduz oldu
Tərəf müqabilinin ağlamasına baxmayaraq rəqsini davam etdirən çinli qızın rəqs videosu sosial şəbəkədə gündəm olub.
Kadrlarda balaca qız öz partnyoru ilə birlikdə rəqs edir, lakin bir müddət sonra oynadığı oğlan ağlamağa başlayır və rəqsini dayandırır. Buna baxmayaraq, qızcığaz özünü itirmədən rəqsini davam etdirir və bütün hərəkətləri təkbaşına icra edir.
Qızın bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Video qısa müddət ərzində milyonlarla baxış toplayıb, çoxlu sayda şərhlər yazılıb. İnsanlar uşağın iradəsinə, cəsarətinə və rəqs bacarığına heyran olduqlarını bildiriblər. Bir çox şərh yazanlar qeyd ediblər ki, bu qızdan ilham almaq və çətinliklər qarşısında ruhdan düşməmək lazımdır.
Mənbə: "Seqodnya v trende" "Telegram" kanalı