Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ömrü 20 faiz uzadan dərman hazırlandı
Alimlər insan ömrünü 20% uzatmağın yolunu tapıblar. Onlar bunun üçün preparat hazırlayıblar.
Oxu.Az-ın aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Sinqapurdakı "Duke-NUS" Ali Tibb Məktəbinin alimləri açıqlama veriblər.
Bildirilib ki, zaman keçdikcə orqanizmin hüceyrələri qocalır və dağılır ki, bu da immun sistemin "interleykin-11" (IL-11) adlı iltihablandırıcı molekullar ifraz etməsinə səbəb olur. Bu molekulların toplanması yaşlanmanı sürətləndirir və degenerativ xəstəliklərin inkişafına səbəb olur.
Alimlər yaşlanmanı yavaşlatmaq üçün bu iltihab proseslərinin qarşısının alınması yollarını araşdırıblar.
Uzunmüddətli tədqiqatlardan sonra elm adamları "IL-11"i bloklayan dərman hazırlayıblar. Preparatın gəmiricilər üzərində sınağından sonra onların ömrünün 20%-dən çox uzandığı müəyyən edilib. Həmçinin bu siçanlarda xərçəng xəstəliklərinin inkişaf ehtimalı azalıb.
Tədqiqatlar bu dərmanların insanlarda da yaşlanmanı yavaşlada biləcəyini deyiblər.