Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maşınların üsyanı: Robot tozsoranlar sahiblərini təhqir etməyə və ev heyvanlarını təqibə başladı
ABŞ-nin bir neçə şəhərində Çinin "Ecovacs" şirkətinin robot tozsoranları son dərəcə qəribə və qorxuducu davranmağa başlayıb. Belə ki, "Deebot X2" seriyasından olan ağıllı cihazlar qəfildən ev heyvanlarını təqib etməyə və daxili dinamiklər vasitəsilə irqçi təhqirlər qışqırmağa başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "ABC News" xəbər yayıb.
Zərərçəkənlərdən biri, Minnesotadan olan vəkil Daniel Svenson deyib ki, onun robot tozsoranı gecə yarısı ucadan ədəbsiz sözlər qışqırmağa başlayıb. Başqa bir zərərçəkən isə cihazın evdəki iti qovduğunu deyib.
"Ecovacs" şirkəti hadisələri araşdırıb və robot tozsoranların haker hücumuna məruz qaldığını müəyyən edib. Cinayətkarlar təhlükəsizlik sistemindəki boşluqdan istifadə edərək cihazlara nəzarəti ələ keçirə biliblər. Mütəxəssislər hakerin IP ünvanını müəyyən edə və onun robotlara girişini dayandıra biliblər.