Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Marsda qədim okeanın olduğu sübut olundu
Çinin Honq-Konq Politexnik Universitetinin alimləri qədim zamanlarda Marsda nəhəng okeanın mövcud olmasına dair yeni sübutlar tapıblar.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələrini "Scientific Reports" jurnalı dərc edib.
"Çinin "Zhurong" aparatı 2021-ci ilin mayında uğurla Marsın cənub "Utopia Planitia" bölgəsinə enib. Əvvəlki tədqiqatlar göstərib ki, Hesper okeanı Marsın şimal düzənliklərində mövcud ola bilər", - məqalədə qeyd olunub.
Nəşrin məlumatına görə, çuxurlu konuslar, çoxbucaqlı çökəkliklər, su və buzlu ərazilər üçün xarakterik olan strukturlar aşkar edilib ki, bu da okeanın mövcudluğundan xəbər verir.
Tədqiqatçılar toplanmış məlumatları təhlil edərək müəyyən ediblər ki, Marsdakı okean təxminən 3.7 milyard il əvvəl daşqın nəticəsində yarana bilərdi. Həmçinin, su hövzəsinin təxminən 3.4 milyard il əvvəl yox olmağa başladığı ehtimal edilir.