Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cəmi 8 günlük getmişdilər, iki il qalmalı olacaqlar: BKS-dəki astronavtlar Yerə qayıda bilmirlər
Beynəlxalq Kosmik Stansiyaya (BKS) cəmi səkkizgünlük gedən astronavtlar 2025-ci ilə qədər orada qala bilərlər.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə NASA-dan xəbər verilib.
Bildirilib ki, bunun səbəbi onları Yerə geri qaytarmalı olan "Boeing Starliner" kosmik gəmisi ilə bağlı problemlərdir.
"Əsas məqsədimiz Butç Uilmor və Sunita Uilyamsı "Starliner"ə qaytarmaqdır. Lakin biz başqa variantlarımızın da olmasını təmin etmişik. Biz dörd ekipaj üzvünü 2025-ci ilin fevralına qədər geri qaytara biləcəyik", - deyə NASA-nın kommersiya uçuş proqramının meneceri Stiv Stiç vurğulayıb.
Beləliklə, astronavtlar planlaşdırılan səkkiz gün əvəzinə BKS-də təxminən iki il keçirməli ola bilərlər.
NASA astronavtları qruplarla təxliyə etməyi planlaşdırır.
2025-ci ilin fevralında rus kosmonavt Kirill Peskov "Crew 10" missiyasının tərkibində NASA astronavtları Enn Makkleyn və Nikol Ayers, həmçinin JAXA astronavtı Takuya Onişi ilə birlikdə BKS-ə yollanacaq.
"Beynəlxalq Kosmik Stansiya (BKS)" teqi üzrə xəbərlər
- BKS-də müəmma - Kosmosda ilişib qalan ikinci astronavtın da vəziyyəti pisləşdi
- "Buker" mükafatının qalibi bəlli oldu: Cəmi 136 səhifə ilə münsiflər heyətini fəth edən roman
- Səkkiz günlük getsə də, iki il kosmosda ilişib qalan astronavtın vəziyyəti pisləşib
- NASA astronavtının kosmik stansiyadan qayıtdıqdan sonra halı pisləşdi
- "Soyuz MS-25" kosmik gəmisinin ekipajı ən uzunmüddətli missiyadan sonra Yerə qayıtdı