Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Soyuz MS-25" kosmik gəmisinin ekipajı ən uzunmüddətli missiyadan sonra Yerə qayıtdı
Rusiyanın "Soyuz MS-25" kosmik gəmisi sentyabrın 23-də - ekspedisiyanın başlamasından bir il sonra ən uzunmüddətli missiyasını yerinə yetirərək Beynəlxalq Kosmik Stansiyanı tərk edib və ekipajla birlikdə Qazaxıstan çölünə eniş edib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə "Roskosmos"un Mətbuat Xidmətindən məlumat verilib.
Həmçinin, kosmik aparatın Yerə enməsinin birbaşa görüntüləri yayımlanıb.
"Bu gün Moskva vaxtı ilə saat 14:59-da kosmonavtlar Oleq Kononenko, Nikolay Çub və astronavt Treysi Daysonun olduğu "Soyuz MS-25" kosmik gəmisinin eniş aparatı Qazaxıstanın Jezkazqan şəhəri yaxınlığında yerə enib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, sentyabrın 23-də səhər saatlarında kosmik gəmi "Priçal" modulundan ayrılıb. "Roskosmos"un məlumatına görə, gəminin orbitdən çıxarılması və Yerə enməsi gözlənildiyi şəkildə baş verib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Rusiyanın hava hücumundan müdafiə sistemləri iki "Storm Shadow" raketini vurub
- Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır
- Rusiya millisinin sabiq futbolçusu silahlı hücuma məruz qalıb
Rəylər