Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sabiq icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün hakim qarşısına çıxacaq
Şərur rayonunun keçmiş icra başçısının oğlu kredit borcunu ödəmədiyi üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən məhkəməyə verilib.
"Unikal"ın məlumatına görə, Rəsulov Orxan Rəfail oğlunun məhkəmə prosesinə Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev sədrlik edəcək.
Qeyd edək ki, Orxan Rəsulov Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğludur.
Xatırladaq ki, Orxan Rəsulovun adı ilk dəfə mətbuatda dələduzluq maddəsi ilə həbs edilən Araz Eyvazovun məhkəmə prosesində hallanıb. Belə ki, Orxan Rəsulov o zaman Araz Eyvazova faizə pul vermiş, ancaq adıçəkilən şəxs pulu qaytarmadığından keçmiş icra başçısı Rəfail Rəsulov Xətai rayonunda yerləşən "Optimal" servisin qarşısında Araz Eyvazovu döyüb və pulu qaytarmayacağı təqdirdə onu əlindəki bıçaqla öldürəcəyi ilə də hədələmişdi.