Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Turan Tovuz" - "Araz-Naxçıvan" oyununda qırmızı vərəqə göstərilməli idi?
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin sədri Frank De Blekere "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizoda aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, De Blekere Naxçıvan təmsilçisinin hücumçusu Ramon Maçadonun 13-cü dəqiqədə topa oynamaq istədiyini bildirib.
"Ayağının ucu ilə "Turan Tovuz" komandasının oyunçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, "Araz-Naxçıvan"ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu (butsun altı ilə deyil) ilə müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, "Araz-Naxçıvan"ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil", - deyə De Blekere vurğulayıb.
Qeyd edək ki, görüş "Araz-Naxçıvan"ın 1:2 hesablı qələbəsi ilə bitib.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Hakimləri təhqir edən Azərbaycan klubunun məşqçisinə AĞIR CƏZA
Rəylər