Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kişi başqa qadınla münasibət qurdu: Onu qısqanan arvadına işgəncə verdi
Zaqatala rayonunda 1991-ci il təvəllüdlü Əziz qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Telliyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az xəbər verir ki, hadisə ötən ilin martın 29-da Zaqatala rayonunun kəndindən birində baş verib. Əziz həyat yoldaşı telli ilə arasında yaşadıqları həmin kənddə yerləşən evdə mübahisə edib.
Mübahisəyə səbəb isə Əzizlə arvadı arasında yaranan qısqanclıq olub. Belə ki, Telli əri Əzizi Zaqatala sakini Vəfa ilə münasibət saxlamaqda ititham edib. Bu səbəbdən də Əziz arvadından qisas almaq niyyəti ilə onu yumruq zərbələri vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əzizin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2014-cü ildə Zaqatala rayon sakini Telli ilə ailə qurub, birgə nikahdan iki azyaşlı övladları var: "Hadisə günü, axşam evdə olarkən saat 23 radələrində arvadım ilə aramızda ailə-məişət münasibətləri zəminində mübahisələri yarandı. Arvadım səbəbsiz mübahisə yaradaraq, məni Zaqatala şəhər sakini Vəfa ilə zəngləşərək görüşməkdə günahlandırdı. Həmin vaxt əsəbiləşdim və arvadımın ağzına bir dəfə şillə vuraraq onu döydüm. Mən şillə vurandan sonra arvadım sakitləşərək öz otağına keçdi. Bundan sonra mən təmiz hava alıb sakitləşmək məqsədilə evdən küçəyə çıxdım, yaşadığım evin qarşısında dayandım. Arvadım və azyaşlı övladlarım isə evdə qaldı".
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün gecə təxminən 30-40 dəqiqə küçədə dayandıqdan sonra yenidən evə qayıdıb və evə daxil olduqda, arvadı Tellinin, azyaşlı övladlarının yatdığını görüb: "Mən də qapını bağlayaraq, evin girişində olan divanda yatdım. Səhər işlə bağlı Zaqatala şəhərinə getdim. Baş vermiş mübahisə zamanı evdə iki azyaşlı övladımızdan başqa heç kim olmayıb".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Tellinin sözlərinə görə, əri Əziz 2017-ci ildən şirkətdə sürücü ekspeditor vəzifəsində çalışıb və eyni zamanda ailəsini dolandırmaq məqsədilə hazırda idarə etdiyi özünə məxsus "Mercedes-Benz" markalı avtomaşınla kənddə taksi fəaliyyəti göstərir: "Hadisə günü himayəmdə olan iki azyaşlı övladım ilə birlikdə yaşadığım evdə olarkən, təxminən saat 23 radələrində ərim Əziz evə gəldi. Əziz evə gəldikdə, onunla söhbət edən zaman ona tanışı Zaqatala şəhər sakini Vəfanın "WhatsApp" vasitəsilə mənə yazaraq şər-böhtan atdığını, təhqir etdiyini dedim. Həmin vaxt Əziz Vəfa ilə olan münasibətini danaraq, mənimlə mübahisə yaratdı. Həmin mübahisə zamanı Əziz ağzıma bir dəfə şillə və bədənimə yumruqlar vuraraq məni döydü".
Zərərçəkmiş qeyd edib ki, Vəfanın əri Əzizlə münasibəti var, ailəsinə müdaxilə edir və "WhatsApp" vasitəsilə yazaraq onu narahat edib: "Vəfa Əzizlə telefon əlaqəsi saxlayaraq barəmdə şayiələr yayıb. Mütəmadi olaraq Əzizlə aramızda ailə-məişət münasibətləri zəminində mübahisələr olur, dəfələrlə həmin mübahisə zamanı Əziz məni döyüb. Lakin himayəmdə olan iki azyaşlı uşaqlarıma görə heç bir orqana məlumat verməmişəm. Sonucu dəfə baş verən hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınmasına köməklik göstərilməsini, ərim Əziz barəsində tədbir görülməsini xahiş etmişəm".
İş üzrə şahid qismində ifadə verən Vəfanın sözlərinə görə, Zaqatalada qızıl-zinət əşyalarının satışı mağazasında satıcı işləyir: "Əzizi mənimlə ərim Vüsal tanış edib. Ərimin sayəsində onu tanımışam. Əziz idarə etdiyi avtomaşınla taksi fəaliyyəti göstərdiyi üçün hərdən ərim Vüsal onu taksi kimi sifariş edir, məni iş yerimə, azyaşlı qızımı isə Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli Gimnaziyaya aparıb. Əzizin arvadı Tellini şifahi tanıyıram. Bir neçə dəfə işlədiyim mağazaya gələrək mənimlə yersiz mübahisələr yaradıb, ailəsinə müdaxilə etdiyim barədə böhtan atıb. Eyni zamanda, Telli istifadəmdə olan mobil telefonuma "WhatsApp" vasitəsilə mesaj yazaraq Əzizlə zəngləşərək görüşdüyüm barədə cəmiyyət arasında şayiələr yaydığını dedi. Mənim Tellinin əri Əzizlə heç bir əlaqəm yoxdur, görüşməmişəm və ailəsinə müdaxilə etməmişəm. Mən axırıncı dəfə Əzizi 2023-cü ilin yanvar ayında idarə etdiyi "Mercedes" markalı avtomaşınla ərim Vüsalı iş yerindən yaşadığımız evə gətirdikdə görmüşəm. Həmin vaxtdan sonra Əzizi görməmişəm. Tellinin barəmdə dedikləri yalan və böhtan xarakterlidir".
Bu cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əzizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
"Zaqatala" teqi üzrə xəbərlər
- Albanların tikdiyi, pravoslavlara qismət olduğu deyilən məbəd: "Ev sahibi" indi göyərçinlərdir
- Zaqatalada intihar edən müəllimənin FOTOSU
- Zaqatalada "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək
- Zaqatalada sahibsiz itlər dərsə gedən məktəbliyə hücum ediblər
- Bu xəbərləri qaçırmayın: 26.09.2024-ün ən mühüm hadisələri
Rəylər