Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Keçmiş TSEK sədrinin işi Ali Məhkəmədə
10 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) keçmiş sədri Ülkər Dibirova işə bərpa olunması ilə bağlı hüquqi mübarizəsini davam etdirir.
"Qaynarinfo" xəbər verir ki, birinci və apellyasiya instansiyalarında iddiası təmin olunmayan keçmiş TSEK sədri Ali Məhkəməyə kassasiya şikayəti verib.
Şikayətə hakim Əhliman Xıdırovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ülkər Dibirova ötən ilin sonunda işdən çıxarılıb. Keçmiş TSEK sədri rəhbərliyin qərarını qanunsuz hesab etdiyindən Yasamal Rayon Məhkəməsində işə bərpa tələbi ilə iddia qaldırıb. Lakin iddiası təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu iş üzrə cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çıxış edir.
Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qurumun sədri Anar Bayramovdur. O, bu vəzifəyə 2021-ci ildə təyin edilib.
"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA)" teqi üzrə xəbərlər
- Xəstəxana önündə halı pisləşən şəxsə həkim yaxın durmayıb? - RƏSMİ MÜNASİBƏT
- 29 yaşlı gəncin nasaz təkərli arabası niyə dəyişdirilmir? - Qurumdan AÇIQLAMA
- Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
- Dövlət Agentliyi: "Özünü qazi kimi təqdim edən şəxs müharibə iştirakçısı deyil"
- Hərbi xidmətə çağırışda yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Rəylər