Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dövlət Agentliyi: "Özünü qazi kimi təqdim edən şəxs müharibə iştirakçısı deyil"
"Sosial şəbəkələrdə paylaşılan videodakı Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli şəxs Hüseyn Əlağa oğlu Sadıqov müharibə iştirakçısı deyil".
"Report" xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat yayıb.
O bildirib ki, sözügedən şəxsə ödənilən sosial ödənişin dayandırılması barədə qeyd edilənlər yanlışdır:
"Belə ki, Hərbi-Həkim Komissiyasının Hüseyn Əlağa oğlu Sadıqov ilə bağlı 13.09.2023-cü il tarixli xəstəlik şəhadətnaməsində əsas diaqnozunun müharibə və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqəli olduğu qeyd olunub. Diaqnozunda göstərilən səbəb əlaqəsinə uyğun olaraq da ona hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə (I dərəcə) müddətsiz (ömürlük) əlillik təyinatı aparılıb. Əlilliyi təyin edildiyi vaxtdan da Hüseyn Sadıqova pensiya və təqaüd olaraq ümumilikdə aylıq 680 manat sosial ödəniş təyin edilib və həmin sosial ödənişlərini hər ay almaqda davam edir".
"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA)" teqi üzrə xəbərlər
- Xəstəxana önündə halı pisləşən şəxsə həkim yaxın durmayıb? - RƏSMİ MÜNASİBƏT
- 29 yaşlı gəncin nasaz təkərli arabası niyə dəyişdirilmir? - Qurumdan AÇIQLAMA
- Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
- Keçmiş TSEK sədrinin işi Ali Məhkəmədə
- Hərbi xidmətə çağırışda yeniliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Rəylər