Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dələduzluq edən şəxsin bəraət hökmü dəyişdirildi
Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Əsmanzadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət qismən təmin edilib, Gəncə Şəhər Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub, iş üzrə ittiham hökmü çıxarılıb. Belə ki, 3 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.
İttihama görə, Səbuhi Əsmanzadə "Instagram" sosial şəbəkəsində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan məlumat verərək 9 zərərçəkmişə qarşı 12 362 manatlıq dələduzluq edib.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət hökmü verilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlər apellyasiya şikayəti vermişdilər.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- Qeyri-yaşayış sahəsini başqa şəxsə yenidən satan MTK rəhbərinə HÖKM OXUNDU
- Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq
- Təmizlikçi işləyən ahıl qadının 25 min manatını ələ keçirən filial müdiri HƏBS OLUNDU
Rəylər