Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təmizlikçi işləyən ahıl qadının 25 min manatını ələ keçirən filial müdiri HƏBS OLUNDU
İkisi təqaüdçü olmaqla dörd nəfəri piramida şəbəkəsinə cəlb edən "Defanti Team" MMC-nin filial müdiri həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Fikrət Şakir oğlu Talıbov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Fikrət Talıbov müştərilərə söz verib ki, ona verəcəkləri pulu şirkət vasitəsilə Rusiyada yerləşən restoranlara investisiya olaraq qoyacaq. Oradan gələn gəlirdən isə həm müştəri, həm də şirkət hər ay pul qazanacaq.
Bu niyyətlə zərərçəkmişlərin birindən 25 840, birindən 11 000, birindən 10 200, sonuncudan isə 3 400 manat alıb.
Onun əməlindən başqa əziyyət çəkənlərin də olduğu istisna edilmir. Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq davam edir.
Aldanıb 25 mindən çox pulunu itirən zərərçəkmişin 70 yaşı var. Ahıl qadın şəhərdə təmizlikçi işləyir.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- Qeyri-yaşayış sahəsini başqa şəxsə yenidən satan MTK rəhbərinə HÖKM OXUNDU
- Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq
- Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq
Rəylər