Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ailə qura bilməyən qadın falçıya müraciət etdi, evindən 4 "cadu" tapıldı
Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən S.Cəfərovanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət qismən təmin edilib, Lənkəran Rayon Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub. Belə ki, S.Cəfərovanın Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilib.
İttihama görə, 2023-cü ildə Lənkəran şəhəri mərkəzi bazarında Lənkəran rayon sakini, zərərçəkmiş K.İ. (şərti) S.Cəfərovaya müraciət edərək ailə qura bilmədiyini və bununla bağlı çətinliklərinin olduğunu bildirib. Zərərçəkmiş S.Cəfərovanın onun falına baxıb köməklik etməsini istəyib. S.Cəfərova da K.İ.-yə həyatında baş vermiş problemlərin yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində basdırılmış cadu ilə əlaqəli olduğunu yalandan deyib. Bu məqsədlə S.Cəfərova cadunu zərərsiz vəziyyətə gətirmək üçün zərərçəkmiş şəxsdən ümumilikdə 600 manat pul alıb. O, qadının evinin həyətyanı torpaq sahəsində 4 fərqli yerlərdən içərisində müxtəlif əşyalar olan bükümləri çıxarıb.
Daha sonra K.İ. hüquq-mühafizə orqanlarına müraciət edərək S.Cəfərovanın ona qarşı dələduzluq etdiyini söyləyib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- Qeyri-yaşayış sahəsini başqa şəxsə yenidən satan MTK rəhbərinə HÖKM OXUNDU
- Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq
- Təmizlikçi işləyən ahıl qadının 25 min manatını ələ keçirən filial müdiri HƏBS OLUNDU
Rəylər