Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mikayıl Cabbarov COP26-nın prezidenti ilə görüşüb - YENİLƏNİB + FOTO
COP26-nın prezidenti Ser Alok Şarma ilə görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 üzrə birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Krallığın Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasından üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma ilə videokonfrans formatında görüşüb.
İqtisadiyyat naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi-ticari, enerji, qeyri-neft və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə enerji keçidi, qaz emissiyasının azaldılması ilə bağlı hədəflərimiz, bərpaolunan enerji layihələri, “yaşıl” enerjinin Avropaya ixracı istiqamətində görülən işlər, həmçinin COP29-a hazırlıq haqqında məlumat verilib. Tədbirin Azərbaycan və Birləşmiş Krallıq arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı diqqətə çatdırılıb. Birləşmiş Krallığın COP-la bağlı təcrübəsinin öyrənilməsinin Azərbaycan üçün əhəmiyyəti qeyd olunub.
Ser Alok Şarma Azərbaycanla ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrin səmərəli tərəfdaşlıq etdiyini bildirib. COP-la bağlı şəxsi təcrübəsini və COP29-un əsas gözləntilərindən olan maliyyələşmə ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq və COP29 birgə fəaliyyət imkanları barədə müzakirələr aparılıb.
16:02
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının hakim Mühafizəkarlar partiyasından üzvü Ser Alok Şarma ilə enerji transformasiyası sahəsində fəal əməkdaşlığı müzakirə edib.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“S.A.Şarma ilə videokonfrans formatında keçirdiyimiz görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 tədbiri üzrə təşkilati məsələlər və birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq”, - deyə o qeyd edib.
#BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (#COP26) prezidenti Ser Alok Şarma (@AlokSharma_RDG) ilə videokonfrans formatında keçirdiyimiz görüşdə #enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, #COP29 (@COP29_AZ) tədbiri… pic.twitter.com/F2kZB9TZxr
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 22, 2024
"Birləşmiş Krallıq" teqi üzrə xəbərlər
- Britaniyanın Baş naziri: "İqlim böhranının ön cəbhəsində olan ölkələri dəstəkləməyə hazırıq"
- "Böyük dövlətlərin böyük tullantıları" - Fövqəl dövlətlər niyə narahatdırlar?
- Xaricdə təhsil almaq əhəmiyyətlidirmi?
- İnsan lider olaraq doğulur, yoxsa sonradan bu keyfiyyətləri qazanır? - Samir Novruzovla MÜSAHİBƏ
- COP29 Təşkilat Komitəsinin üzvü: "Beynəlxalq ictimaiyyət iddialı hədəflər gözləyir"