Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Kartdan-karta" işləyən 200 sahibkara maliyyə sanksiyası tətbiq edildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə 200 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə DVX məlumat yayıb.
Məlumata görə, DVX pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 200-dək belə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
DVX-dən bildirilir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.
"Kartdan-karta" teqi üzrə xəbərlər
- Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?
- "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib
- Kartdan-karta ödəniş vasitəsi tam aradan qaldırılacaq? - "Kaspi"nin ŞƏRHİ
- Azərbaycanda daha 150 sahibkar CƏZALANDIRILDI - SƏBƏB
- Daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edildi - SƏBƏB