Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 482 hektar torpaq sahəsi qoyuluş gücü 160 MVt olan olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov "Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında" yeni qərar imzalayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.
"Bərpaolunan enerji" teqi üzrə xəbərlər
- Kəlbəcərdə Külək Elektrik Stansiyasının qurulması ilə bağlı Anlaşma Memorandumu imzalandı
- Fred Otunnu: "İKT şirkətlərindən enerji istehlakında yaşıl texnologiyaların tətbiqini tələb edirik"
- Avstraliyalı nümayəndə: "Ölkəmizdə kömürlə işləyən elektrik stansiyaları bağlanır"
- İqlim "hücuma keçir", COP29 daha da önəm qazanır - "Hər kəs öz payına düşəni götürəcək"
- Samir Hümbətov: "Azərbaycanda ildə 110 milyon kubmetr qaza qənaət olunacaq"