Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fred Otunnu: "İKT şirkətlərindən enerji istehlakında yaşıl texnologiyaların tətbiqini tələb edirik"
"İqlim dəyişikliyi Uqandaya təsir edir".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Uqanda Rabitə Komissiyasının korporativ işlər üzrə direktoru Fred Otunnu deyib.
O bildirib ki, Uqanda inkişaf etməkdə olan ölkələrdən biridir:
"Şübhəsiz ki, digər inkişaf etməkdə olan ölkələr kimi, iqlim dəyişikliyi buraya da təsirsiz ötüşmür. İqlim dəyişikliyi daşqınlar, sürüşmələr və s. kimi təbii hadisələrə səbəb olur. Biz ölkəmizdə buna görə uyğunlaşma tədbirləri tətbiq edirik.
Məsələn, biz informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətlərindən enerji istehlakında yaşıl texnologiyaların tətbiqini, Günəş enerjisini enerji istehlakını azaltmaq vasitəsi kimi qəbul etmələrini tələb edirik".
Fred Otunnu Bakının Ümumdünya Telekommunikasiya İnkişaf Konfransına ev sahibliyi edəcəyini xatırladaraq, bir daha Azərbaycana gələcəyini vurğulayıb.
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- Nazir müavini: "Türkiyə COP29-da təqribən 1800 nəfərlə iştirak etdi"
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun vacibliyini vurğulayıblar
- Bakıda keçirilən COP29-un on birinci günündən FOTOREPORTAJ
- COP29 çərçivəsində "City for People in Baku" tədbiri keçirilib