Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AMB Tarif Şurasının son qərarının inflyasiyaya mümkün təsirini açıqlayıb
Azərbaycanda tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1.0 faiz bəndi 2024-cü ildə reallaşa bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
"Uçot dərəcəsinin dəyişməz saxlanılması və yaxud artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Ümumilikdə mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Yenilənmiş proqnozlara görə, mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci ildə isə 5.5% olacağı gözlənilir. İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır", - deyə AMB bəyan edib.
"Azərbaycan Respublikasının Tarif Şurası" teqi üzrə xəbərlər
- Bəzi rayonlar üzrə qazın limiti məsələsinə yenidən baxılması təklif edilir
- Qış mövsümünə hazırlıqla bağlı suallar: "İstilik qiyməti, əslində, əhali üçün sərfəlidir"
- Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
- Avtobuslarda gediş haqqı düzgün hesablanmır?
- Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ