Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ölkəmizi iki canla təmsil edən Yaylagül Ramazanova: "Ümid edirdim ki, yarışda medal qazanacağam"
"Ümid edirdim ki, yarışda medal qazanacağam".
"Report" xəbər verir ki, bunu Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransa paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı çıxışı bağlı danışarkən deyib.
O, olimpiadaya çox yaxşı hazırlaşdığını bildirib:
"Olimpiadaya çox yaxşı hazırlaşmışdım. Gündə iki dəfə məşq edirdim. Ümid edirdim ki, yarışı medalsız başa vurmaram. Təəssüf ki, alınmadı. Düşünürəm ki, bu mənim üçün böyük təcrübə oldu".
Xatırladaq ki, Y.Ramazanova kamandan oxatma yarışlarının 1/32 finalında çinli An Qixuana qalib gəlib. İdmançımız növbəti mərhələdə almaniyalı Mişel Kroppenə uduzaraq yarışla vidalaşıb.
Qeyd edək ki, Yaylagül Ramazanova ölkəsini yeddi aylıq hamilə ola-ola təmsil edib.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
- Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
- Aleksandr Tarakanov: "Bir gündə üç dəfə Azərbaycan himni səsləndi, hər kəsi heyrətləndirdik"
- Ukraynalı atlet Yaroslava Maquçixin dünya rekordu təsdiqlənib
- Gender testindən keçə bilməyən İman Xəlif peşəkar boksa üz tutacaq
Rəylər