Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UEFA "Zirə"nin futbolçusunu cəzalandırıb
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) "Zirə"nin futbolçusu Salifu Sumanı 3 oyunluq cəzalandırıb.
Oxu.Az xəbər verir ki, Salifi Suma Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə cavab matçı zamanı rəqib futbolçunun üzünə əli ilə zərbə endirdiyi üçün cəzalandırılıb.
21 yaşlı hücumçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Nəticədə UEFA Salifi Sumanı diskvalifikasiya edib.
Qeyd edək ki, "Zirə" Moldovadakı ilk matçda minimal hesablı qələbə qazanıb. Bakıdakı görüşdə ümumi hesab (2:2) bərabər olduğu üçün qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik cərimə zərbələrini daha dəqiq (5:4) yerinə yetirən "Şerif" II təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan təmsilçisi isə mübarizəni UEFA Konfrans Liqasında davam etdirib. Lakin pley-off oyunlarında Kiprin "Omoniya" klubuna uduzan "qartallar" qrup mərhələsinin bir addımlığında avrokuboklarla vidalaşıb.
"Zirə FK" teqi üzrə xəbərlər
- "Zirə" Albaniyada çıxış edən azərbaycanlı futbolçunu transfer etmək istəyir
- "Barselona"nın prezidenti Xuan Laporta Azərbaycanın yeniyetmə futbolçuları ilə görüşüb
- Dünyanın 10 məşhur futbol klubunun rəsmiləri COP29-da: Yeni alyans yaradılır
- Əfsanəvi Ronaldinyo "CineMastercard"da kimsəsiz uşaqlarla görüşüb
- Ronaldinyo azərbaycanlı yeniyetmə futbolçularla görüşüb
Rəylər