Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
UEFA "Qarabağ" azarkeşlərinin rəqib futbolçulara lazer tutması səbəbindən klubu sərt cəzalandırıb
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) "Qarabağ" klubunu 26 000 avro cərimələyib.
"Report"un məlumatına görə, buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.
"Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərəqə) görə 14 000 avro ödəyəcəklər.
Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olunduğu üçün isə 12 000 avro cərimələnib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. "Qarabağ"ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Xatırladaq ki, UEFA daha əvvəl, mövsümün əvvəlində "Qarabağ"ı Bolqarıstanda "Ludoqorets"ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçından sonra 28 500 avro cərimələyib.
Rəylər