Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın məğlubiyyəti Azərbaycanın geriləməsinə səbəb oldu
UEFA-nın Avropa və Konfrans liqalarının Liqa mərhələsinin II turunun matçlarının nəticələrinə əsasən, qurumun tərtib etdiyi əmsallar cədvəlində dəyişikliklər olub.
Oxu.Az xəbər verir ki, baş tutan 34 qarşılaşmadan sonra bəzi ölkələrin xal hesabları və mövqeləri dəyişib. Bu, Azərbaycandan da yan ötməyib.
Avropa Liqasında oynayan "Qarabağ" öz meydanında "Malmö"yə uduzub - 1:2. Bununla da Azərbaycanın xal hesabı dəyişməz qalıb. Hesabında 19.125 xal olan ölkəmiz Avropada 28-ci yerə düşüb. Bir pillə geriləyən ölkəmiz Bolqarıstanı özündən önə buraxıb. Ötən həftə "Qarabağ" "Tottenhem"ə 0:3 hesabı ilə uduzanda Rumıniyadan geri düşən Azərbaycan yenidən mövqeyini əldən verib.
Cari mövsümün qazancı 2.375 xala bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.250 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal, "Sumqayıt" 0.125 xal əldə edib.
İki pillə irəliləyən İsveç (22-ci yer) Slovakiya və Macarıstanı arxada qoyub. Bundan başqa, Yunanıstan (16) Danimarkanı, İrlandiya (32) Kosovonu, Latviya (35) İslandiyanı, Qazaxıstan isə (39) Bosniya və Herseqovinanı keçib.
Qeyd edək ki, cədvələ İngiltərə 92.446 xalla başçılıq edir.
"UEFA əmsallar cədvəli" teqi üzrə xəbərlər
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın qələbəsi Azərbaycanı bir pillə yüksəldib
- UEFA əmsallar cədvəli: "Qarabağ" uduzub, Azərbaycan mövqeyini qoruyub
- UEFA-nın əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın məğlubiyyəti Azərbaycanın mövqeyinə təsir etdi
- UEFA-nın əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişilməz qalır
Rəylər