Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UEFA-nın əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib
Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ilk gününün nəticələri əmsallar cədvəlində dəyişikliklərə səbəb olub.
Oxu.Az xəbər verir ki, keçirilən 9 matçdan sonra bəzi ölkələrin xal hesabı dəyişsə də, mövqe dəyişikliyi qeydə alınmayıb.
Azərbaycanın da cədvəldəki yeri dəyişməz qalıb. Hesabında 19.125 xal olan ölkəmiz Avropada 27-cidir. Bir pillə öndə olan Rumıniyanın da aktivində eyni xal ehtiyatı var, 28-ci olan Bolqarıstan isə 18.875 xal toplayıb.
Cari mövsümün qazancı 2.375-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.250, "Qarabağ" 0.750, "Sabah" 0.250, "Sumqayıt" 0.125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 91.160 xal.
"UEFA əmsallar cədvəli" teqi üzrə xəbərlər
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın qələbəsi Azərbaycanı bir pillə yüksəldib
- UEFA əmsallar cədvəli: "Qarabağ" uduzub, Azərbaycan mövqeyini qoruyub
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın məğlubiyyəti Azərbaycanın geriləməsinə səbəb oldu
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın məğlubiyyəti Azərbaycanın mövqeyinə təsir etdi
- UEFA-nın əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişilməz qalır
Rəylər