Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
UEFA Millətlər Liqası: Belçika millisi İsraili yığmasını məğlub etdi
İsrail və Belçika millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 1-ci turunun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Debretsendəki (Macarıstan) neytral "Nadyerdei" stadionunda baş tutub. Görüşün baş hakimi qismində Maykl Oliver (İngiltərə) çıxış edib. Qarşılaşma 3:1 hesabı ilə Belçika yığmasının xeyrinə başa çatıb.
Hesabı 21-ci dəqiqədə belçikalı yarımmüdafiəçi Kevin De Brüyne açıb. Daha sonra 36-cı dəqiqədə Belçikanın qapısına avtoqol vurulub. 48-ci dəqiqədə belçikalı yarımmüdafiəçi Yuri Tilemans komandasını hesabda irəli çıxarıb. Qarşılaşmanın yekun hesabını özünün dublu ilə De Brüyne müəyyən edib - 3:1.
Qeyd edək ki, UEFA Millətlər Liqasının keçənilki qalibi İspaniya millisidir.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
- Azərbaycan millisi 54 komanda arasında 47-ci olub
- Azərbaycan millisinə dörd qol vuran Viktor Qyökereş Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
Rəylər