Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA ÇL: Liqa mərhələsində III turun ilk oyun günündən sonra turnir cədvəlində vəziyyət
Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun ilk oyun günündən sonra turnir cədvəlində dəyişiklik olub.
Oxu.Az xəbər verir ki, hər üç görüşdə qələbə qazanan "Aston Villa" doqquz xalla turnir cədvəlinin vahid lideridir. Hərəyə yeddi xalı olan "Monako", "Sportinq" və "Arsenal" 2-4-cü yerləri bölüşürlər.
Aktivində altı xalı olan "Borussiya Dortmund", "Brest", "Benfika", "Bayer Leverkuzen", "Real Madrid", "Liverpul" və "Yuventus" 5-11-ci pillələrdə qərarlaşıblar.
Hərəyə dörd xalı olan "Mançester Siti", "İnter", "Sparta Praqa", "Atalanta", "Ştutqart" və PSJ isə 12-17-ci sıralarda yer alıblar.
18-26-cı yerləri bölüşən "Bavariya", "Barselona", "Jirona", "Milan", "Lill", "Seltik", "Feyenoord", "Atletiko Madrid" və "Brügge"nin isə aktivində üç xalı var. PSV iki xalla 27-ci sıradadır.
Hərəyə cəmi bir xalı olan "Boloniya", "Şaxtyor" və "Dinamo Zaqreb" 28-30-cu pillələri bölüşürlər.
Xalsız olan "Leypziq", "Şturm Qraz", "Zalsburq", "Yanq Boyz", "Srvena Zvezda" və "Slovan Bratislava" isə 31-36-cı yerlərdə qərarlaşıblar.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ispaniyalı hakimləri Avrokubok oyunlarından uzaqlaşdırıb
- "Bavariya" - "Benfika" matçı zamanı bədbəxt hadisə yaşanıb
- "Barselona" 97 il sonra ilkə imza atıb
- "Srvena Zvezda" ilə görüşdə zədələnən Kubarsinin üzünə tikiş qoyulub
- ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları
Rəylər