Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
UEFA ÇL: Liqa mərhələsində II turun son oyun gününün ən yaxşı futbolçuları bəlli olub
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olub.
Oxu.Az xəbər verir ki, "Şaxtyor" - "Atalanta" görüşünün ən yaxşısı Ademola Lukman, "Jirona" - "Feyenoord" matçının ən yaxşı futbolçusu isə Kuinten Timber seçilib.
"Bavariya"nın gözlənilmədən "Aston Villa"ya 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmanın ən fəal oyunçusu Con Duran olub. Heç-heçə ilə başa çatan "Dinamo Zaqreb" - "Monako" görüşündə ən yaxşı Martin Baturina seçilib. "Liverpul" - "Boloniya" matçının ən fəal oyunçusu isə Məhəmməd Salah seçilib.
"Real Madrid"in "Lill"ə məğlub olduğu qarşılaşmada ən yaxşı futbolçu kimi Edon Jeqrova fərqlənib.
Beş qolun vurulduğu "Leypziq" - "Yuventus" matçında ən yaxşı oyunçu Duşan Vlahoviç, "Şturm Qraz" - "Klub Brügge" oyununda isə Kristos Tzolis ən yaxşı futbolçu adına yiyələnib.
"Benfika"nın "Atletiko Madrid"i 4:0 hesabı ilə darmadağın etdiyi matçın adamı isə türkiyəli futbolçu Orkun Kökçü seçilib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına oktyabr ayının 22-də start veriləcək.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA ispaniyalı hakimləri Avrokubok oyunlarından uzaqlaşdırıb
- "Bavariya" - "Benfika" matçı zamanı bədbəxt hadisə yaşanıb
- "Barselona" 97 il sonra ilkə imza atıb
- "Srvena Zvezda" ilə görüşdə zədələnən Kubarsinin üzünə tikiş qoyulub
- ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları
Rəylər