Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UEFA Avropa Liqası: I tur görüşlərindən sonra turnir cədvəlində vəziyyət
UEFA Avropa Liqasının Liqa mərhələsinin birinci turu başa çatdıqdan sonra komandaların turnir cədvəlindəki yerləri bəlli olub.
Oxu.Az xəbər verir ki, hərəyə üç xalı olan "Ayaks", FCSB, "Latsio", "Tottenhem", "Qalatasaray", "Reyncers", "Slavia Praqa", "Lion", "AZ Alkmar", "Bodo Qlimt", "Anderlext", "Braqa" və "Fənərbağça" 1-13-cü yerləri bölüşürlər.
Hərəyə bir xalı olan "Viktoria Plzen", "Frankfurt", "Atletik Bilbao", "Hoffenhaym", "Real Sosyedad", "Tvente", "Mançester Yunayted", "Midtyulland", "Nitsa" və "Roma" isə 14-23-cü pillələrdə qərarlaşıblar.
Xalsız olan "Elfsborq", "Porto", "Ferentsvaroş", "Makkabi Təl-Əviv", "Yunion", PAOK, "Ludoqorets", "Malmö", "Olimpiakos", RFŞ, "Dinamo Kiyev", "Qarabağ" və "Beşiktaş" isə 24-36-cı yerləri bölüşürlər.
Qeyd edək ki, UEFA Avropa Liqasının ikinci turuna oktyabr ayının 3-də start veriləcək. Təmsilçimiz "Qarabağ" doğma meydanda "Malmö" klubunu qəbul edəcək.
Rəylər