Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyəli idmançı əli cibində Olimpiya mükafatçısı oldu, İlon Mask onu təbrik etdi
Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında əli cibində gümüş medal qazandıran Yusuf Dikeç dünya mediasının gündəminə düşüb.
Oxu.Az Sporx.com-a istinadla xəbər verir ki, buna səbəb onun 10 metr məsafəyə pnevmatik tapançadan atəş zamanı qulaqlıqdan və xüsusi eynəkdən istifadə etməməsi olub.
51 yaşlı idmançı əlini cibinə qoyaraq atəş açıb və Olimpiadanın gümüş medalına sahib olub. Dünyanın ən varlı adamlarından olan İlon Mask isə şəxsi "X" hesabında paylaşım edərək Yusuk Dikeçi təbrik edib.
Xatırladaq ki, Yusuf Dikeç Türkiyə polis orqanlarında işləyib. Bundan öncə isə 4 dəfə Olimpiya Oyunlarına qatılıb. Lakin heç birində uğurlu ola bilməyib.
Paris-2024-dən əvvəl isə o bu dəfə hədəfinə çatacağını və Olimpiadada medal qazanacağını bildirib. O, istəyinə çataraq medalçılar sırasına düşə bilib.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
- Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
- Aleksandr Tarakanov: "Bir gündə üç dəfə Azərbaycan himni səsləndi, hər kəsi heyrətləndirdik"
- Ukraynalı atlet Yaroslava Maquçixin dünya rekordu təsdiqlənib
- Gender testindən keçə bilməyən İman Xəlif peşəkar boksa üz tutacaq
Rəylər