Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib
Azərbaycan Premyer Liqasının IX turunda baş tutan "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.
"Sabah" komandasından 5-ci dəqiqədə Pavol Safranko fərqlənib. "Araz-Naxçıvan"ın qolunu isə 8-ci dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.
Bu nəticədən sonra "Sabah" xallarının sayını 15-ə, "Araz-Naxçıvan" isə 17-yə yüksəldib.
Qeyd edək ki, bu gün keçirilən digər görüşdə "Səbail" komandası "Şamaxı"nı məğlub edib - 2:0. Turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib. Sabah keçiriləcək "Turan-Tovuz" - "Zirə" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə IX tura yekun vurulacaq.
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- "Turan Tovuz" klubu "Şamaxı"nın qolkiperini transfer etmək istəyir
- Azərbaycan Premyer Liqasında çıxış edən klub adını dəyişir
- Azərbaycan Premyer Liqasının 13 turunda cəmi yeddi futbolçu bütün oyunlarda sonadək meydanda olub
- "Kəpəz" klubu fasilə zamanı yoldaşlıq matçları keçirməkdən imtina edib
- "Araz-Naxçıvan" rekordunu təkrarlayıb
Rəylər