Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəşad Sadıqov: "Osiyek"lə oyun çətin olacaq
"Nəyin necə olacağını zaman göstərəcək".
Oxu.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konqres Liqasının III təsnifat mərhələsində "Osiyek"lə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.
O, öncə Çempionlar Liqasında pley-offa yüksələn "Qarabağ"ı təbrik edib, avqustun 15-də Konfrans Liqasında oynayacaq "Sabah"a uğurlar arzulayıb.
"Vacib oyuna çıxacağıq. Hər iki komandanın heyətində iddialı futbolçular var ki, nəticə onların xeyrinə olsun. Nəyin necə olacağını zaman göstərəcək. Meydanın yaxşı vəziyyətdə olmaması üzücüdür. Vəziyyət daha da pisdir. Bu da texnikalı oyun nümayiş etdirmək üçün mane törədə bilər".
Qeyd edək ki, matç avqustun 15-də saat 20:30-da "Dalğa Arena"da keçiriləcək.
Xatırladaq ki, Xorvatiyada baş tutan səfər ouununda heç-heçə (1:1) qeydə alınıb.
Anar Həsənov
"Sabah FK" teqi üzrə xəbərlər
- "Sabah" klubunun məşqçilər korpusunda dəyişiklik olunub
- "Barselona"nın prezidenti Xuan Laporta Azərbaycanın yeniyetmə futbolçuları ilə görüşüb
- Əfsanəvi Ronaldinyo "CineMastercard"da kimsəsiz uşaqlarla görüşüb
- Ronaldinyo azərbaycanlı yeniyetmə futbolçularla görüşüb
- "Kəpəz" klubu fasilə zamanı yoldaşlıq matçları keçirməkdən imtina edib
Rəylər