Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyə klubunun hakimi döyən sabiq prezidenti həbs olundu
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu Türkiyənin "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca həbs edilib.
Oxu.Az "Hürriyet"ə istiandən xəbər verir ki, buna funksionerin ötən mövsüm futbol hakimi Halil Umut Melerə hücum etməsi səbəb olub. O, 3 il 7 ay 22 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023/24 mövsümündə Türkiyə Superliqasının XV turunun "Ankaragücü" - "Rizəspor" oyunundan (1:1) sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
"Ankaragücü FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər