Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Real Madrid" "Qızıl top" mərasimini boykot edə bilər
Parisdə keçiriləcək və ilin ən yaxşı futbolçusunun müəyyən ediləcəyi "Qızıl top" mərasiminə "Real Madrid"in heç bir təmsilçisi qatılmayacaq.
Oxu.Az xəbər verir ki bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkədəki səhifəsində məlumat verib.
Məlumata görə, nə klub prezidenti Florentino Peres, nə komandanın baş məşqçisi Karlo Ançelotti, nə də cinah oyunçusu Vinisius Junior Fransa paytaxtına uçmayacaq.
Tədbiri boykot etmək qərarı Vinisiusun "Qızıl top"u ala bilməyəcəyi ilə bağlıdır.
Belə ki, bundan əvvəl mətbuatda "Qızıl top"un qalibinin "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodri olacağı ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, "Qızıl top" bu gün, 28 oktyabrda ötən futbol ilinin nəticələrinə əsasən təqdim olunacaq. Mərasim Parisdəki "Şatle" teatrında baş tutacaq. Tədbirin Bakı vaxtı ilə saat 22:00-da başlaması planlaşdırılır.
"Qızıl top mükafatı" teqi üzrə xəbərlər
- 2025-ci ilin "Qızıl top" mükafatına namizədlərin siyahısı açıqlandı
- Qala gecəsinə sevgili ilə gedib arvaddan "qırmızı vərəqə" almaq: Droqbanın "Qızıl top" macərası
- "Real Madrid" "Qızıl top"un təşkilatçıları ilə münasibətlərə son qoydu
- Səkkiz qol və doqquz məhsuldar ötürmə: Rodri "Qızıl top"a layiq idi?
- Ançelottinin "Qızıl top" mərasimini niyə boykot etdiyi məlum olub
Rəylər