Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rafael Ağayev Moskvada seminar keçirib - FOTO
Azərbaycanın məşhur karateçisi Rafael Ağayev Moskvada keçirilən beynəlxalq seminarda iştirak edib.
Seminarda Rusiyanın müxtəlif yerlərindən 220 idmançı iştirak edib.
"Seminar idman sferasında "Qara pantera" adlandırılan, karateni təkcə hobbi, həvəs və ya məşğuliyyət deyil, eyni zamanda həyatın bir hissəsi kimi görən dünyanın ən titullu karateçisi, 38 yaşlı Rafael Ağayev tərəfindən verildi. Belə bir insandan öyrənməli çox şey var", - dynamo.su yazıb.
Mənbədə R.Ağayevin beş dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu, 2013-cü və 2017-ci illərdə İslam Həmrəyliyi oyunlarının qalibi olması, 2020-ci il Tokio Olimpiadasının gümüş medalını qazanması və Azərbaycan Respublikasının Əməkdar İdman Ustası olması qeyd olunub. Bundan başqa, onun "Karatenin brilyant"ı adlandırıldığı diqqətə çatdırılıb.