Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Qarabağ"ın futbolçusu: "Hər birimiz yaxşı nəticə əldə etmək niyyətindəyik"
"Keçmişdəki matçlar göstərir ki, istənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
Monteneqrolu futbolçu sabah böyük və məşhur kluba qarşı oynayacaqlarını bildirib: "Motivasiya yüksəkdir. Hər birimiz yaxşı nəticə əldə etmək niyyətindəyik".
Yankoviç rəqibin güclü olduğunu bildirib: "Futbolun gözəlliyi ondadır ki, hər hansı bir nəticə qeydə alına bilər. Keçmişdəki matçlar göstərir ki, istənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik. Sabah qalib gələ və ya məğlub da ola bilərik".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Anar Həsənov
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Azərbaycan milliləri Avropa çempionatında iştirak edəcəklər
- UEFA Avropa Liqası: "Qarabağ" - "Lion" görüşü üçün biletlər satışa çıxarıldı
- "Qarabağ"ın avrokubokdakı rəqibinə ciddi cəza
- "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi maliyyə böhranı üzündən səhmlərini satışa çıxarıb
- Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir
Rəylər