Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Paulo Dibala 100 milyon avroluq maaşdan imtina edib
Argentina millisinin və İtaliyanın "Roma" komandasının futbolçusu Paulo Dibala Səudiyyə Ərəbistanından gələn təklifdən imtina edib.
Oxu.Az Sport-express.net-ə istinadla xəbər verir ki, bu ölkənin "Əl-Kadisiya" klubu 31 yaşlı yarımmüdafiəçini transfer etmək istəsə də, qarşı tərəfdən müsbət cavab almayıb. Oyunçu titullar qazanmaq niyyətində olduğu üçün "canavarlar"da qalmağı üstün tutub.
İddiaya görə, "Əl-Kadisiya" P.Dibalaya 4 ili üçün ümumilikdə 100 milyon avro maaş verməyi təklif edib.
Qeyd edək ki, Paulo Dibalanın "Roma" komandası ilə müqaviləsi gələn ilin yayında başa çatır. "Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.
"Futbol transfer pəncərəsi 2024" teqi üzrə xəbərlər
- "Zirə" Albaniyada çıxış edən azərbaycanlı futbolçunu transfer etmək istəyir
- Anderson Taliskanın yeni komandası bəlli oldu
- Viktor Nelsson qış transfer pəncərəsində "Qalatasaray"dan ayrılacaq
- Yüksək məbləğdə maaş tələb edən Serxio Ramos klubsuz qalıb
- "Mançester Yunayted" Erik ten Haqla bağlı yekun qərarını verib
Rəylər