Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Parisdə qızıl medal qazanan paralimpiyaçı: "Hər yerdə xalqımın dəstəyini gördüm"
"Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm".
"Report" xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan, Azərbaycanı T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda təmsil edən Səid Nəcəfzadə deyib.
O, ikinci dəfə Paralimpiya Oyunlarında iştirak etdiyini xatırladıb:
"Üç il əvvəl Tokio-2020-də bürünc medal qazanmışdım. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum və favoritlər arasında göstərilirdim. Buna görə də həyəcanlı idim. Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim. Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya göstərdikləri diqqətə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum "Neftçi" İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm".
Qeyd edək ki, T12 kateqoriyasında yer alan paraatletimiz uzunluğa tullanma növündə 7.27 metr nəticə ilə paralimpiya çempionu olub.
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
- Bakıda keçirilən tədbirdə dünyanın altı bölgəsinin gənclərini birləşdirmək təklifi verildi
- COP29-un Yaşıl Zonasında "Gələcəyə qulaq as" adlı sərgi təşkil edilib
- Nazir rəisi vəzifəsindən azad etdi - Yeni təyinat
- "Mərkəzi Asiya və türk gənclərinin iqlim liderlərinin növbəti COP dialoqu" adlı tədbir keçirilib
Rəylər