Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Mərkəzi Asiya və türk gənclərinin iqlim liderlərinin növbəti COP dialoqu" adlı tədbir keçirilib
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada "Mərkəzi Asiya və türk gənclərinin iqlim liderlərinin növbəti COP dialoqu" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə gənclərlə BMT baş katibinin gənclər üzrə xüsusi elçisi Felipe Polye, Özbəkistan Gənclər Agentliyinin direktor müavini Kattaxanova Dilnozaxon, Gənclər və İdman Nazirliyi Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova dialoqa giriblər.
Dialoq çərçivəsində müxtəlif mövzular müzakirə olunub. Gənclər müzakirədə aktiv iştirak ediblər.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan, Türkiyə, Macarıstan və beş Mərkəzi Asiya ölkəsindən olan gənclər, ətraf mühit təhsili, yaşıl bacarıqlar və gənclərin iqlim gündəliyində iştirakını genişləndirməklə bağlı tövsiyələrdən ibarət Gənclər Bəyannaməsi hazırlamaq üçün əməkdaşlıq ediblər. Bu tövsiyələr, 12 noyabr 2024-cü ildə COP29-da həmin 8 ölkənin hökumətləri tərəfindən imzalanan "İqlim gündəliyində uşaqlar və gənclərin rolunun gücləndirilməsi üzrə qlobal strategiya çərçivəsi və dayanıqlı inkişaf prinsipləri (2024-2030)" sənədinə daxil edilib.
Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
Xanım Aydın
"COP29" teqi üzrə xəbərlər
- COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu
- Ekspertlər iqlim dəyişikliyi ilə mübarizədə qadınların rolunun vacibliyini vurğulayıblar
- Bakıda keçirilən COP29-un on birinci günündən FOTOREPORTAJ
- COP29 çərçivəsində "City for People in Baku" tədbiri keçirilib
- "Haber Global": "Bakıda Türkiyə banklarının iqlim hədəfləri müzakirə edildi"