Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paris-2024: Lamiyə Vəliyeva finala vəsiqə qazanıb
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxıb.
Oxu.Az xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərib.
Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayıb. Azərbaycan təmsilçisi 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini ikinci pillədə başa vurub.
Qeyd edək ki, final mərhələsi sentyabrın 7-də baş tutacaq.
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq.
Oxu.Az xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərəcək.
Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək.
Qeyd edək ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
- Bu xəbərləri qaçırmayın: 11.09.2024-ün ən mühüm hadisələri
- Paralimpiyaçılarımız ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Rəylər