Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
"Sevindirici haldır ki, ölkəmizi layiqincə təmsil edə bildik"
Bunu Oxu.Az-a açıqlamasında Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri Şahvələd Əliyev deyib.
"İdmançılarımızın göstəricilərindən tam razıyıq. 18 idmançı ilə qatıldığımız Yay Paralimpiya Oyunlarında 11 medal əldə etdik. Bunlardan dördü qızıl, ikisi gümüş, beşi isə bürünc oldu.
Onu deyə bilərəm ki, Lamiyə Vəliyevanın T13 kateqoriyası zamanı 100 metr məsafəyə qaçışı zamanı göstərdiyi nəticə ilə bizim bir dünya rekordumuz da oldu. 2016-cı ildən sonra parataekvondo Paralimpiya Oyunlarının tərkibinə salındı və bundan sonra bizim parataekvondodan ilk medallarımız oldu. Parataekvondo növü üzrə üç idmançı ilə təmsil olunduq və iki medalla vətənə qayıtdıq. Bunların hamısını nəzərə alsaq, əlbəttə sevindirici haldır ki, ölkəmizi layiqincə təmsil edə bildik. Paralimpiya Oyunlarını 169 ölkə arasında 28-ci pillədə bitirmişik və taekvondoçularımız 52 ölkə arasında ikinci olublar", - deyə bildirib.
Qeyd edək ki, İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası) və Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qazanıb. Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış) medallarını, Raman Salei gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək) medallarını, Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək) və İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medallarla təltif olunublar.
Anar Həsənov
Rəylər