Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Paris-2024: Bu gün altı idmançımız mübarizəyə start verəcək
Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq. İdmançımız N qrupunun II matçında Kirsti Gilmurla (Böyük Britaniya) üz-üzə gələcək.
Ardınca qılıncoynatma yarışları başlayacaq. Təmsilçimiz Anna Başta 1/16 finalda Hon Yu Yanla (Çin) münasibətlərinə aydınlıq gətirəcək.
Daha sonra cüdoçular yarışacaqlar. Yığmamızın lideri Hidayət Heydərov (73 kq) Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə qarşılaşacaq.
Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) güclünü ayırd etməyə çalışacaq.
Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz Edi Reski Dviçayo Kollins Filimona (Avstriya) rəqib olacaq.
Sonda isə boksçu Malik Həsənov (63,5 kq) Laşa Quruli (Gürcüstan) ilə 1/8 final görüşünə çıxacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
- Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
- Aleksandr Tarakanov: "Bir gündə üç dəfə Azərbaycan himni səsləndi, hər kəsi heyrətləndirdik"
- Ukraynalı atlet Yaroslava Maquçixin dünya rekordu təsdiqlənib
- Gender testindən keçə bilməyən İman Xəlif peşəkar boksa üz tutacaq
Rəylər